Pages

вторник, 31 марта 2015 г.

V gün

Təlimimizin V günündə modula əsasən çoxsaylı qiymətləndirmə  üsullarının izahını həyata keçirtdik. Bu zaman dəyərli təlimçimiz bizə təqdim etdiyi qiymətləndirmə, onun üsulları haqqında məlumat verdi. Doğrusu bu bizim üçün yeni bir mövzu deyildi. Təbii ki, ölkəmizdə tətbiq edilən və müasir təhsil sistemində tətbiq etdiyimiz, hər gün tədris zamanı rastlaşdığımız qiymətləndirmə, onun üsulları haqqında müəyyən suallara cavab vermək və bu müzakirələrdə iştirak etmək mənim üçün çətin olmadı. Amma buna baxmayaraq "Təkrar biliyin anasıdır" prinsipinə uyaraq məlumatları dinlədikcə, geniş müzakirə etdikcə onları daha yaxşı formada xatırlayır və fikirlərimizi söyləyə bildik.Şagird nəaliyyətlərinin qiymətləndirilməsi şagirdin biliklərə yiyələnmək, onlardan istifadə etmək, nəticə çıxartmaq bacarıqları haqqında məlumatların toplanması prosesi kimi qəbul edilir.
 Qiymətləndirmənin beynəlxalq və milli olaraq 2 yerə ayrılır.Milli və beynəlxalq qiymətləndirmə təhsildəperspektivləri müəyyənləşdirmək üçün aparılan qiymətləndirmə tədqiqatlarıdır və xüsusi qurumlar tərəfindən həyata keçirilir.Bir də məktəbdaxili qiymətləndirmə mövcuddur ki, bu da diaqnostik, formativ və summativ olaraq 3 formadan ibarətdir. Təlimçimizin toxunduğu və geniş məlumat verdiyi ilk qiymətləndirmə üsulu diaqnostik qiymətləndirmə oldu. bu qimətləndirmə əsasən dərs ilinin əvvəlində, şagird məktəbini dəyişərsə və yaxud da sinifdən-sinfə keçərsə onun bilik bacarıqları haqqındaməlumat toplamaq, fərdi yanaşmanı təmin etmək məqsədilə müəllim tərəfindən aparılır.
Növbəti müzakirə etdiyimiz qiymətləndirmə forması formativ qiymətləndirmə oldu. Yenə də təlimçinin bu üsul haqqında ünvanladığı suallar əsasında dolğun və geniş məlumatları bir daha yada saldıq. Formativ qiymətləndirmə sayəsində şagird gündəlik təlim fəaliyyəti ərzindəyaxşı nəticə göstərmək üçün çalışır.Bu zaman şagirdin irəliləmələrini və geriləmələrini izləmək, qarşıya çıxan problemləri aradan qaldırmaq, və onu düzgün istiqamətləndirmək məqsədilə aparılır.
Daha sonra növbəti qiymətləndirmə forması olan summativ qiymətləndirmə, onun da 2 formada yəni kiçik (KSQ) və böyük (BSQ) olması haqqında fikirlərimizi söylədik. Kiçik və böyük summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (bəhs və ya bölmənin, yarımilin sonunda) yekun vurmaqla, şagirdin nəaliyyət səviyyəsini ölşmək məqsədilə aparılır.Əldə etdiyi nəticələr isə sinif jurnallarında qeyd olunur. Qiymətləndirmə və onun formaları təlim iştirakçıları üçün bildiklərinin daha da genişlənməsi üçün zəmin yaradır.
Növbəti addımda təlimçimiz bizə qiymətləndirmə cəvəlləri onun qurulması haqqında geniş məlumat verdi. Bununla yanaşı eyni zamanda lövhədə də göstərərək izah etdi. Sonra biz qiymətləndirmənin təsvirini layihə planında yazdıq. Aydın şəkildə aparılan müzakirələr və məlumatlardan sonra qiymətləndirmənin təsvirini yazmaq bizə çətin olmadı. 
Növbəti addımda təlimçimiz şagird ehtiyaclarının müəyyənləşdirilməsi alətlərinin hazırlanması haqqında bildiklərini bizimlə bölüşdü. Bu zaman müəllim hər hansı bir üsuldan istifadəni məsələn BİBÖ, Klaster və s. kimi üsullardan istifadə edərək şagirdin düşünərək cavab verdiyi ilkin fikirlərdən sonra onun daha çox bilməsi və məlumatlar əldə etməsi eyni zamanda düzgün istiqamətlənməsi üçün bu üsüllardan istifadə edir.Bu zaman şagird BİBÖ cədvəlini quraraq ilkin fikirlərini yalnız bildiklərini qeyd edir. Daha sonrakı addımda bilmək istədiklərini qeyd edərək ehtiyaclarını müəyyənləşdirir. Bu baxımdan şagirdin daha çox öyrənmək, üzərində çalışmaq, müəyyən nəticələri əldə etmək üçün böyük imkanları yaranır və bu zaman müəllimin düzgün istiqamətləndirdiyi şagird sonda təbii ki öyrəndim bölməsinə əldə etdiklərini qeyd edir. Təlimçimizin bu geniş və aydın izahından sonra biz iştirakçılar da bu üsullardan istifadə edərək nümunələr hazırladıq. Təlimçinin yoxlayaraq qəbul etdiyi işimi isə yaratdığım şəxsi portfoliomda saxladım.Təlimin sonunda isə V günün təəssüratlarını geniş şəkildə qed etdik.

четверг, 19 марта 2015 г.

IV gün

IV günün planı üzrə layihənin əsas sualları ilə tanış olduq. Təlimçimizin bizə göstərdiyi və eyni zamanda anlatdığı təqdimat əsasında təməl və tematik sualların düzgün təyin edilməsi haqqında geniş məlumatlar aldıq. Bu sualların doğru istiqamətdə verilməsi üçün təlimçi və kurs  iştirakçıları arasında geniş və ətraflı müzakirə aparıldı. Bu diskusiyalar bizə düzgün təməl və mövzu suallarının qoyulmasında kömək etdi. Sonra təməl və mövzu suallarımızı təyin etdikdən sonra mövzuya əsasən məzmun suallarını da tərtib etmək tapşırıldı. Bu suallar haqqında da təlimçimizin göstərdiyi nümunələr əsasında layihə mövzusunun məzmun suallarını tərtib etdik. Bu sualları tərtib edərkən cütlərlə işlədik və bir-birimizin düşüncələri və fikirləri ilə də yaxından tanış olduq. Daha sonra tərtib etdiyimiz təməl, mövzu və məzmun suallarını layihə planına yazdıq.Təlimimizin sonunda isə öz təəssüratlarımızı bloqa yazdıq.


 Fəlsəfi, ümumi, qlobaldırlar.  


Tədqiqatın konkret istiqamətini  göstərir.     




Cavabı kitablarda, ensiklopediyada, İnternetdə tapmaq olar.


вторник, 17 марта 2015 г.

III gün

Təlimimizin III günündə biz  hazırlayacağımız layihələrimizin mövzu seçimini etdik.Mövzularımızı səsləndirdik, eyni zamanda layihə planı haqqında geniş məlumat verərək, müzakirə etdik. Hər birimizin səsləndirdiyi layihə planları təlim iştirakçıları üçün bir istiqamət daşıyıcısı oldu. Əlbəttə ki, bunun bizə böyük faydası oldu. Hər kəs  yalnışlıqlarını düzəldərək düzgün istiqamətləndi. Daha sonra təlimçımız bizə Publisher proqramı haqqında məlumat verdi. Bu proqramla İntel 3 təlimini keçdiyim zaman artıq yaxından tanış olmuşdum. Burada müxtəlif bukletlərin, qəzetin, açıqçaların, dəvətnamələrin, elanların, zərflərin, diplom və sertifikatların hazırlanması mümkündür. Növbəti mərhələdə biz standartlar haqqında müzakirə apardıq. Layihə mövzularımız üçün dövlət və mövzu standartlarını müəyyən etdik. Daha sonra mövzunun öyrənilməsi planını yazdıq. Planda özümüz haqqında məlumat verərək, layihə mövzularımızı, mövzuya dair  standartları və planda məqsədlərimiz haqqında yazdıq. Təlimimizin sonunda bloqlarımıza öz təəssüratlarımızı yazdıq. Ev tapşırığı olaraq isə layihə mövzusunun suallarını hazırlamaq oldu.

суббота, 14 марта 2015 г.

II gün

II gün XXI əsr bacarıqları haqqında məlumat əldə etdik. Burada İKT bacarıqları, bunlardan düzgün       istifadə yolları, kommunikativ və əməkdaşlıq bacarıqları, yaradıcılıq və innovatlilik, informasiya ilə işləmək bacarıqları, media və texnologiya vərdişləri, media savadlılığı haqqında geniş məlumatlar əldə etdik. Bu baxımdan bu bacarıqlara yiyələnən istənilən bir kəs  fəalliyyətini daha asan və daha səmərəli yollarla  qura bilər. Daha sonra Blum taksanomiyası haqqında bilikləri xatırladıq. Öz müəllimlik fəaliyyətimdə İdarkı taksanomiyası ilə artıq tanış olduğuma görə bu haqda geniş izahatın və xatırlatmanın mənə faydası oldu.Burada da taksanomiyanın 6 mərhələsi olan- bilik, anlama, tətbiq etmə, analiz, sintez və dəyərləndirmə və hər mərhələnin də təlim nəticələri və fəaliyyət göstəriciləri haqqında geniş danışılıb müzakirə olundu. Təlimçimizin bizə böyük əzmlə təqdim etdiyi növbəti mərhələ isə tədris prosesində layihə üsulunun tətbiqi və bu üsulun müzakirəsi oldu.Burada layihə planı necə olmalıdır, layihə hansı əsaslara görə, hansı istiqamətlər üzrə və nə məqsədlərlə qurulması haqqında geniş məlumat əldə etdik. Burada eyni zamanda layihə üsulunun tətbiqinə qoyulan əsas tələblər, müxtəlif üsullardan istifadə, mərhələlərlə kişik nəticələrin şagirdlər tərəfindən əldə olunması haqqında məlumat verilərək müzakirələrlə bildiklərimizi möhkəmləndirdik. Bu nəticələrin şagirdlər üçün praktik, tədrisyönümlü, təxəyyülü inkişaf etdirən olduğunu xüsusi vurğuladıq. Daha sonra layihə metodunun növləri, onların fəaliyyətə əsaslanması haqqında, informasiyayönümlü, tədqiqatyönümlü, yaradıcı layihələr haqqında  məlumatlandıq,onların şagirdlər tərəfindən tətbiq olunması, təhlili yollarını müzakirə etdik. Bu faydalı layihə planı bizə layihəmizi daha düzgün istiqamətdə hazırlamaq üçün böyük imkanlar yaradır.

четверг, 12 марта 2015 г.

I gün


İlk gün tanışlıqdan sonra İntel "Gələcək üçün təhsil" təlim proqramı haqqında geniş məlumat əldə etdik, daha sonra təhsil proqramlarının saitləri və Wiki səhifəsi ilə tanış olduq. Portfolio quruluşu haqqında məlumat əldə etdik, portfolio qovluqları yaratdıq. Google serverləri ilə tanışlıqda mənim şəxsi gmail ünvanım olduğuna görə yenisini açmağa ehtiyac olmadı. Gmail ünvanın mahiyyəti - internetdən geniş istifadə edə bilmək, müxtəlif beynəlxalq saitlərə daxil ola bilmək, orada istənilən məlumatları əldə edə bilmək, məktublaşmaq, istənilən faylı göndərmək eyni zamnda qəbul etmək, müxtəlif şəkilləri, videoları göndərmək imkanlarına malikdir. Bu isə gmail ünvanının istifadəçiləri üçün səmərəli və faydalıdır. Növbəti  mərhələdə Google serverlərindən biri olan bloq yaradılması ilə tanış olduq. Öz şəxsi bloqum olduğuna görə yeni bloq yaratmaq mənim üçün çətin olmadı. Bloqun mahiyyəti isə çox faydalıdır, bu baxımdan hər kər öz şəxsi bloqunu yaratmaqla orada müxtəlif   faydalı məlumatları, videoları, şəkilləri, faydalı linkləri, eyni zamanda  istifadəçi öz işlərini orada yerləşdirə bilmək üçün geniş imkanlara malik olur.