Təlimimizin III günündə biz hazırlayacağımız layihələrimizin mövzu seçimini etdik.Mövzularımızı səsləndirdik, eyni zamanda layihə planı haqqında geniş məlumat verərək, müzakirə etdik. Hər birimizin səsləndirdiyi layihə planları təlim iştirakçıları üçün bir istiqamət daşıyıcısı oldu. Əlbəttə ki, bunun bizə böyük faydası oldu. Hər kəs yalnışlıqlarını düzəldərək düzgün istiqamətləndi. Daha sonra təlimçımız bizə Publisher proqramı haqqında məlumat verdi. Bu proqramla İntel 3 təlimini keçdiyim zaman artıq yaxından tanış olmuşdum. Burada müxtəlif bukletlərin, qəzetin, açıqçaların, dəvətnamələrin, elanların, zərflərin, diplom və sertifikatların hazırlanması mümkündür. Növbəti mərhələdə biz standartlar haqqında müzakirə apardıq. Layihə mövzularımız üçün dövlət və mövzu standartlarını müəyyən etdik. Daha sonra mövzunun öyrənilməsi planını yazdıq. Planda özümüz haqqında məlumat verərək, layihə mövzularımızı, mövzuya dair standartları və planda məqsədlərimiz haqqında yazdıq. Təlimimizin sonunda bloqlarımıza öz təəssüratlarımızı yazdıq. Ev tapşırığı olaraq isə layihə mövzusunun suallarını hazırlamaq oldu.
вторник, 17 марта 2015 г.
Подписаться на:
Комментарии к сообщению (Atom)


0 коммент.:
Отправить комментарий