skip to main |
skip to sidebar
II gün

II gün XXI əsr bacarıqları haqqında məlumat əldə etdik. Burada İKT bacarıqları, bunlardan düzgün istifadə yolları, kommunikativ və əməkdaşlıq bacarıqları, yaradıcılıq və innovatlilik, informasiya ilə işləmək bacarıqları, media və texnologiya vərdişləri, media savadlılığı haqqında geniş məlumatlar əldə etdik. Bu baxımdan bu bacarıqlara yiyələnən istənilən bir kəs fəalliyyətini daha asan və daha səmərəli yollarla qura bilər. Daha sonra Blum taksanomiyası haqqında bilikləri xatırladıq. Öz müəllimlik fəaliyyətimdə İdarkı taksanomiyası ilə artıq tanış olduğuma görə bu haqda geniş izahatın və xatırlatmanın mənə faydası oldu.Burada da taksanomiyanın 6 mərhələsi olan- bilik, anlama, tətbiq etmə, analiz, sintez və dəyərləndirmə və hər mərhələnin də təlim nəticələri və fəaliyyət göstəriciləri haqqında geniş danışılıb müzakirə olundu. Təlimçimizin bizə böyük əzmlə təqdim etdiyi növbəti mərhələ isə tədris prosesində layihə üsulunun tətbiqi və bu üsulun müzakirəsi oldu.Burada layihə planı necə olmalıdır, layihə hansı əsaslara görə, hansı istiqamətlər üzrə və nə məqsədlərlə qurulması haqqında geniş məlumat əldə etdik. Burada eyni zamanda layihə üsulunun tətbiqinə qoyulan əsas tələblər, müxtəlif üsullardan istifadə, mərhələlərlə kişik nəticələrin şagirdlər tərəfindən əldə olunması haqqında məlumat verilərək müzakirələrlə bildiklərimizi möhkəmləndirdik. Bu nəticələrin şagirdlər üçün praktik, tədrisyönümlü, təxəyyülü inkişaf etdirən olduğunu xüsusi vurğuladıq. Daha sonra layihə metodunun növləri, onların fəaliyyətə əsaslanması haqqında, informasiyayönümlü, tədqiqatyönümlü, yaradıcı layihələr haqqında məlumatlandıq,onların şagirdlər tərəfindən tətbiq olunması, təhlili yollarını müzakirə etdik. Bu faydalı layihə planı bizə layihəmizi daha düzgün istiqamətdə hazırlamaq üçün böyük imkanlar yaradır.
0 коммент.:
Отправить комментарий