Təlimimizin V günündə modula əsasən çoxsaylı qiymətləndirmə üsullarının izahını həyata keçirtdik. Bu zaman dəyərli təlimçimiz bizə təqdim etdiyi qiymətləndirmə, onun üsulları haqqında məlumat verdi. Doğrusu bu bizim üçün yeni bir mövzu deyildi. Təbii ki, ölkəmizdə tətbiq edilən və müasir təhsil sistemində tətbiq etdiyimiz, hər gün tədris zamanı rastlaşdığımız qiymətləndirmə, onun üsulları haqqında müəyyən suallara cavab vermək və bu müzakirələrdə iştirak etmək mənim üçün çətin olmadı. Amma buna baxmayaraq "Təkrar biliyin anasıdır" prinsipinə uyaraq məlumatları dinlədikcə, geniş müzakirə etdikcə onları daha yaxşı formada xatırlayır və fikirlərimizi söyləyə bildik.Şagird nəaliyyətlərinin qiymətləndirilməsi şagirdin biliklərə yiyələnmək, onlardan istifadə etmək, nəticə çıxartmaq bacarıqları haqqında məlumatların toplanması prosesi kimi qəbul edilir.Qiymətləndirmənin beynəlxalq və milli olaraq 2 yerə ayrılır.Milli və beynəlxalq qiymətləndirmə təhsildəperspektivləri müəyyənləşdirmək üçün aparılan qiymətləndirmə tədqiqatlarıdır və xüsusi qurumlar tərəfindən həyata keçirilir.Bir də məktəbdaxili qiymətləndirmə mövcuddur ki, bu da diaqnostik, formativ və summativ olaraq 3 formadan ibarətdir. Təlimçimizin toxunduğu və geniş məlumat verdiyi ilk qiymətləndirmə üsulu diaqnostik qiymətləndirmə oldu. bu qimətləndirmə əsasən dərs ilinin əvvəlində, şagird məktəbini dəyişərsə və yaxud da sinifdən-sinfə keçərsə onun bilik bacarıqları haqqındaməlumat toplamaq, fərdi yanaşmanı təmin etmək məqsədilə müəllim tərəfindən aparılır.
Növbəti müzakirə etdiyimiz qiymətləndirmə forması formativ qiymətləndirmə oldu. Yenə də təlimçinin bu üsul haqqında ünvanladığı suallar əsasında dolğun və geniş məlumatları bir daha yada saldıq. Formativ qiymətləndirmə sayəsində şagird gündəlik təlim fəaliyyəti ərzindəyaxşı nəticə göstərmək üçün çalışır.Bu zaman şagirdin irəliləmələrini və geriləmələrini izləmək, qarşıya çıxan problemləri aradan qaldırmaq, və onu düzgün istiqamətləndirmək məqsədilə aparılır.
Daha sonra növbəti qiymətləndirmə forması olan summativ qiymətləndirmə, onun da 2 formada yəni kiçik (KSQ) və böyük (BSQ) olması haqqında fikirlərimizi söylədik. Kiçik və böyük summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (bəhs və ya bölmənin, yarımilin sonunda) yekun vurmaqla, şagirdin nəaliyyət səviyyəsini ölşmək məqsədilə aparılır.Əldə etdiyi nəticələr isə sinif jurnallarında qeyd olunur. Qiymətləndirmə və onun formaları təlim iştirakçıları üçün bildiklərinin daha da genişlənməsi üçün zəmin yaradır.
Növbəti addımda təlimçimiz bizə qiymətləndirmə cəvəlləri onun qurulması haqqında geniş məlumat verdi. Bununla yanaşı eyni zamanda lövhədə də göstərərək izah etdi. Sonra biz qiymətləndirmənin təsvirini layihə planında yazdıq. Aydın şəkildə aparılan müzakirələr və məlumatlardan sonra qiymətləndirmənin təsvirini yazmaq bizə çətin olmadı.
Növbəti addımda təlimçimiz şagird ehtiyaclarının müəyyənləşdirilməsi alətlərinin hazırlanması haqqında bildiklərini bizimlə bölüşdü. Bu zaman müəllim hər hansı bir üsuldan istifadəni məsələn BİBÖ, Klaster və s. kimi üsullardan istifadə edərək şagirdin düşünərək cavab verdiyi ilkin fikirlərdən sonra onun daha çox bilməsi və məlumatlar əldə etməsi eyni zamanda düzgün istiqamətlənməsi üçün bu üsüllardan istifadə edir.Bu zaman şagird BİBÖ cədvəlini quraraq ilkin fikirlərini yalnız bildiklərini qeyd edir. Daha sonrakı addımda bilmək istədiklərini qeyd edərək ehtiyaclarını müəyyənləşdirir. Bu baxımdan şagirdin daha çox öyrənmək, üzərində çalışmaq, müəyyən nəticələri əldə etmək üçün böyük imkanları yaranır və bu zaman müəllimin düzgün istiqamətləndirdiyi şagird sonda təbii ki öyrəndim bölməsinə əldə etdiklərini qeyd edir. Təlimçimizin bu geniş və aydın izahından sonra biz iştirakçılar da bu üsullardan istifadə edərək nümunələr hazırladıq. Təlimçinin yoxlayaraq qəbul etdiyi işimi isə yaratdığım şəxsi portfoliomda saxladım.Təlimin sonunda isə V günün təəssüratlarını geniş şəkildə qed etdik. 
0 коммент.:
Отправить комментарий