Təlimin XIII gününə bloqların müzakirəsi ilə başladıq. Təlimçılərin bizə verdiyi müəyyən məsləhət və təlimatlardan sonra fasilitasya sənədlərinin nümunələri ilə tanışlıqla davam etdirdik. Burada "Fasilitasiya resursunun planlaşdırılması" haqqında müzakirələr edildi.Bizə verilən "Fərqləndirmə və texnologiyalardan istifadə üçün işçi vərəqi" təqdim olundu. Təlimçilərin təlim iştirakçıları ilə fasilitasiya haqqında geniş müzakirələrdən sonra bu sənədi doldurmaq təlimatını aldıq.
•Fasilitatorun mövqeyi, onun əsas funksiyası – fikrin təhrik edilməsi
və onun lazım olan istiqamətə yönəldilməsidir (funksiya)
•Fasilitasiya yanaşması
idraki və yaradıcı tələbatların tam ödənilməsinə, yəni
şagirdlərin öz qabiliyyətlərini gerçəkləşdirməsinə yönəlmişdir (məqsəd)
Bu sənəddə fasilitator olmağımızda və dərslənizi daha şəxsiyyətyönümlü etməkdə
texnologiyanın bizə necə kömək edə biləcəyinə dair sadalanmış ideyalara öz
əlavələrimizi etdik.
Daha sonra Layihənin öyrənilməsi planının yekunlaşdırılması ilə əlaqədar sənədləşmə işini icra etdik. Təlimin XIII gününü bloq haqqında təəssüratlarımızı yazmaqla yekunlaşdırdıq.
0 коммент.:
Отправить комментарий