Təlimin VI günündə modula əsasən layihə haqqında təqdimatın yaradılmasına dair müzakirələrlə başladıq. Bu zaman təlimçimiz bizi müəllim təqdimatının düzgün istiqamətdə hazırlamaq üçün geniş və aydın şəkildə məlumatlandırdı. Burada həmçinin təqdimatın tələbləri də izah olundu.Müəllim təqdimatı qurmağın məqsədi şagirdlərin hansı layihə mövzusunun tapşırırıqlarını yerinə yetirməli olduğunu, araşdırılması vacib olan sualları tərtib edərək təqdimatda yerləşdirməsi üçündür.Bu zaman müəllim tərtib etdiyi sualların əsasında şagirdləri qruplara ayıraraq hər qrupun tapşırığını müəyyən edir,onları düzgün istiqamətlərə yönəldir. Eyni zamanda layihə planının yaradılmasında məqsəd şagirdin doğru araşdırmalar aparmasında bir növ mayak rolunu oynayır. Çünki bu zaman müəllim işini əvvəlcədən təyin edir, sual və tapşırıqları hazırlayaraq şagirdə təqdim edir, şagirdə isə yalnız verilən tapşırıqları doğru istiqamətdə icra etmək, araşdırmalar nəticəsində uğurlu nəticələr əldə emək qalır.Sonra təlimçimiz bizi təqdimata dair nümunələrlə tanış etdi. Bundan sonra təlim iştirakçıları müəyyən olunmuş vaxt ərzində təqdimatı hazırladı.Daha sonra plan üzərində işi icra etdik, burada layihənin qısa təsvirini qeyd etdik. Bütün bunlar bizim layihəni daha düzgün anlamağımıza və araşdırmalarımızı dolğun və doğru istiqamətdə yerinə yetirməyimizə kömək edir. Daha sonra layihədə tədqiqatın qurulmasının planlaşdırılması üzrə qeydlərimizi apardıq. Planda müəllim və şagird fəaliyyətinin istiqamətləri göstərilməlidir. Burada da müəllimin şagirdlərə verəcəyi tapşırıqlar, eyni zamanda araşdırılması vacib problemlər və məsələlər haqqında arıdıcıl planlaşmanı qeyd etdik. Təlimin sonunda öz təəssüratlarımızı bloqa əlavə edərək təlimi sona çatdırdıq.
0 коммент.:
Отправить комментарий