XI günün təliminə şagird işi və layihə planına təkrar baxış və dəyişikliklərin edilməsi ilə başladıq. Şagird işlərimizdə lazım olan dəyişiklikləri apardıqdan sonra şagird işinin və qiymətləndirmə nümunəsinin (3+2+1) müzakirəsinin apardıq.Bu zaman cütlərlə iş üsulundan istifadə edərək hazırladığımız layihə mövzumuzu haqqında, araşdırmalı olduğumuz problemləri, məsələləri bir-birimizə danışaraq müəyyən məsləhətlərlə görəcəyimiz işlərdə istiqamətimizi düzgün yönləndirdik.Bunun da bizə faydası ondan ibarət oldu ki, müəyyən araşdırmalarımda şübhəli qaldığım, eyni zamanda anlaşılmayan suallara aydınlıq gətirdim və düzgün istiqamətləndim. Sonra təlimçimiz bizi bütün öyrənənlər üçün imkanların yaradılması, tədrisdə differensiallaşmanın aparılması və şagirdlərin qiymətləndirmə prosesinə cəlb olunması haqqında məlumatlandırdı.Öyrəndiklərimizə qaynaqlanaraq deyə bilərəm ki, nəinki şagirdlər hətta hər bir kəs visual, akustik və kinestetik strategiyalara malikdir. Daha sonra Modul 10-da Hovard Qardnerin intellekt tipləri haqqında oxuyaraq müzakirələr apardıq. Müzakirələrdən şagirdlərimizin hansı strategiyalara daha çox uyğun olduğunu müəyyənləşdirməyə çalışdıq. Hətta özümüzü belə bu strategiyalara aid etdik. Növbəti addımda şagirdin özüüistiqamətləndirməsinə əsaslanan qiymətləndirmə nümunəsinin hazırlanmasını yerinə yetirdik. Modul 10-da diferensiallaşma sorğusunu dolduraraq oradakı strategiyaları oxuyaraq nəticələrini qeyd etdik. Bu sorğu eyni zamanda bizə imkan verdi ki, tədrisdə yaranan problemlərimizi də qeyd edib həlli yollarını da araşdıraq.Təlimimizin XI gününü isə bloqa təəssüratlarımızı yazaraq sona çatdırdıq. суббота, 11 апреля 2015 г.
XI gün
XI günün təliminə şagird işi və layihə planına təkrar baxış və dəyişikliklərin edilməsi ilə başladıq. Şagird işlərimizdə lazım olan dəyişiklikləri apardıqdan sonra şagird işinin və qiymətləndirmə nümunəsinin (3+2+1) müzakirəsinin apardıq.Bu zaman cütlərlə iş üsulundan istifadə edərək hazırladığımız layihə mövzumuzu haqqında, araşdırmalı olduğumuz problemləri, məsələləri bir-birimizə danışaraq müəyyən məsləhətlərlə görəcəyimiz işlərdə istiqamətimizi düzgün yönləndirdik.Bunun da bizə faydası ondan ibarət oldu ki, müəyyən araşdırmalarımda şübhəli qaldığım, eyni zamanda anlaşılmayan suallara aydınlıq gətirdim və düzgün istiqamətləndim. Sonra təlimçimiz bizi bütün öyrənənlər üçün imkanların yaradılması, tədrisdə differensiallaşmanın aparılması və şagirdlərin qiymətləndirmə prosesinə cəlb olunması haqqında məlumatlandırdı.Öyrəndiklərimizə qaynaqlanaraq deyə bilərəm ki, nəinki şagirdlər hətta hər bir kəs visual, akustik və kinestetik strategiyalara malikdir. Daha sonra Modul 10-da Hovard Qardnerin intellekt tipləri haqqında oxuyaraq müzakirələr apardıq. Müzakirələrdən şagirdlərimizin hansı strategiyalara daha çox uyğun olduğunu müəyyənləşdirməyə çalışdıq. Hətta özümüzü belə bu strategiyalara aid etdik. Növbəti addımda şagirdin özüüistiqamətləndirməsinə əsaslanan qiymətləndirmə nümunəsinin hazırlanmasını yerinə yetirdik. Modul 10-da diferensiallaşma sorğusunu dolduraraq oradakı strategiyaları oxuyaraq nəticələrini qeyd etdik. Bu sorğu eyni zamanda bizə imkan verdi ki, tədrisdə yaranan problemlərimizi də qeyd edib həlli yollarını da araşdıraq.Təlimimizin XI gününü isə bloqa təəssüratlarımızı yazaraq sona çatdırdıq.
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 коммент.:
Отправить комментарий