Pages

суббота, 18 апреля 2015 г.

XIV gün

Təlimin XIV gününə layihənin reallaşdırılması planının yazılması ilə başladıq. Bu planda layihənin əvvəlində, gedişatı zamanı və layihənin sonunda yerinə yetiriləcək və eyni zamanda nəzərdə tutulan işlərin kim tərəfindən və ya nə qədər müddətə icra olunacağına dair planlaşmadırma sənədidir.Bu da hər bir  müəllim üçün səmərəli şəkildə özünə hesabat xüsusiyyətinə malikdir.Sonra təlimçimiz bizi dairəvi toplayaraq ağ və qara oponentlər olaraq müəyyənləşdirdi.Bu isə bloq işlərimizin təqdimatında bizə lazım olan ünsürdür. Daha sonra portfolio üzərində işin yekunlaşdırılması işlərini tamamladıq. Bütün sənədlərimizin tamamlandığına əmin olduqdan sonra təlimçimiz tərəfindən portfolioların yığılması baş tutdu. 
Sonra gün haqqında təəssüratlarımızı bloqa yazaraq təlimin XIV gününü sona çatdırdıq. 

пятница, 17 апреля 2015 г.

XIII gün


  Təlimin XIII gününə bloqların müzakirəsi ilə başladıq. Təlimçılərin bizə verdiyi müəyyən məsləhət və təlimatlardan sonra fasilitasya sənədlərinin nümunələri ilə tanışlıqla davam etdirdik. Burada "Fasilitasiya resursunun planlaşdırılması" haqqında müzakirələr edildi.Bizə verilən "Fərqləndirmə və texnologiyalardan istifadə üçün işçi vərəqi" təqdim olundu. Təlimçilərin təlim iştirakçıları ilə  fasilitasiya haqqında geniş müzakirələrdən sonra bu sənədi doldurmaq təlimatını aldıq.  
Fasilitatorun mövqeyi, onun əsas funksiyasıfikrin təhrik edilməsi və onun lazım olan istiqamətə yönəldilməsidir (funksiya)
Fasilitasiya yanaşması idraki və yaradıcı tələbatların tam ödənilməsinə, yəni şagirdlərin öz qabiliyyətlərini gerçəkləşdirməsinə yönəlmişdir (məqsəd)
Bu sənəddə fasilitator olmağımızda  və dərslənizi daha şəxsiyyətyönümlü etməkdə texnologiyanın bizə necə kömək edə biləcəyinə dair sadalanmış ideyalara öz əlavələrimizi etdik.
Daha sonra Layihənin öyrənilməsi planının yekunlaşdırılması ilə əlaqədar sənədləşmə işini icra etdik. Təlimin XIII gününü bloq haqqında təəssüratlarımızı yazmaqla yekunlaşdırdıq.

среда, 15 апреля 2015 г.

XII gün

Təlimin XII gününə bloq yazılarının müzakirəsi ilə başladıq. Təlimçilərinin müəyyən məsləhət və təlimatlarından sonra şagirdin uğurlarının izlənməsi üçün dəstək materialların yəni check list-lərinin hazırlanması işini icra etdik. Bu check list vərəqləri vasitəsilə özünüqiymətləndirmə üsulu şagirdlərin özünü inamlı,ədalətli, məsuliyyətli  olmağı və özünüqiymətləndirmə bacarığının formalaşmasına səbəb olur.
Növbəti addımda mövzunun öyrənilməsi planının müvafiq bölmələrinin yazılmasını yerinə yetirdik. Planda müəyyən bölmələr vardır ki, təlimçılərin           təlimatları və izahları ilə qeydlərimizi etdik. Layihə planında müəyyən dəyişikliklər apardıq. Təlimimizin XII gününü təəssüratlarımızı bloqa yazaraq sona çatdırdıq.


суббота, 11 апреля 2015 г.

XI gün

XI günün təliminə şagird işi və layihə planına təkrar baxış və dəyişikliklərin edilməsi ilə başladıq. Şagird işlərimizdə lazım olan dəyişiklikləri apardıqdan sonra şagird işinin və qiymətləndirmə nümunəsinin (3+2+1) müzakirəsinin apardıq.Bu zaman cütlərlə iş üsulundan istifadə edərək hazırladığımız layihə mövzumuzu haqqında, araşdırmalı olduğumuz problemləri, məsələləri bir-birimizə danışaraq müəyyən məsləhətlərlə görəcəyimiz işlərdə istiqamətimizi düzgün yönləndirdik.Bunun da bizə faydası ondan ibarət oldu ki, müəyyən araşdırmalarımda şübhəli qaldığım, eyni zamanda anlaşılmayan suallara aydınlıq gətirdim və düzgün istiqamətləndim. Sonra təlimçimiz bizi bütün öyrənənlər üçün imkanların yaradılması, tədrisdə differensiallaşmanın aparılması və şagirdlərin qiymətləndirmə prosesinə cəlb olunması haqqında məlumatlandırdı.Öyrəndiklərimizə qaynaqlanaraq deyə bilərəm ki, nəinki şagirdlər hətta hər bir kəs visual, akustik və kinestetik strategiyalara malikdir. Daha sonra Modul 10-da Hovard Qardnerin intellekt tipləri haqqında oxuyaraq müzakirələr apardıq. Müzakirələrdən şagirdlərimizin hansı strategiyalara daha çox uyğun olduğunu müəyyənləşdirməyə çalışdıq. Hətta özümüzü belə bu strategiyalara aid etdik. Növbəti addımda şagirdin özüüistiqamətləndirməsinə əsaslanan qiymətləndirmə nümunəsinin hazırlanmasını yerinə yetirdik. Modul 10-da diferensiallaşma sorğusunu dolduraraq oradakı strategiyaları oxuyaraq nəticələrini qeyd etdik. Bu sorğu eyni zamanda bizə imkan verdi ki, tədrisdə yaranan problemlərimizi də qeyd edib həlli yollarını da araşdıraq.Təlimimizin XI gününü isə bloqa təəssüratlarımızı yazaraq sona çatdırdıq.                                                             

пятница, 10 апреля 2015 г.

X gün

Təlimin X günündə şagird işinin planlaşdırılması və şagird işinin hazırlanması ilə başladıq. Təlimçımızin göstərişlərinə əsasən əvvəlcə şagird bloqu açdım və onu layihə mövzusunun adını "Health is a way of being!" olaraq adlandırdım.Yaratdığım blogda üç səhifə açdım:"Our aim, We are ready to investigate! , Our result."Daha sonra qrupların  layihə sualları əsasında işləyəcəkləri və araşdıracaqları məlumatları addım-addım qeyd etməyə başladım. Onların istifadə edəcək videoları və müxtəlif resursları, şəkilləri topladım. Təlimçimizin bizə göstərdiyi istiqamətlər üzrə layihən mövzusuna aid məlumatları əldə etdim. Birinci addımda lazım olan araşdırmamı bloga daxil etdim.Daha sonra layihə planında qeydlərimizi apardıqdan sonra təlimin X günü haqqında təəssüratlarımızı yazmaqla başa vurduq.

IX gün

Təlimimizin IX günündə Veb 2.0 alətlərinin təhlili və ifadəsi haqqında müzakirələr apardıq. Prezi, Photodex və   blogger alətlərindən istifadə edərək bildiklərimizi tətbiq etdik. Şagirdlərin onlayn resurslardan istifdə edə bilməsi onların maraq dairəsini daha da zənginləşdirməsinə kömək olur.Bu baxımdan Veb 2.0 alətləri də müasir təhsidə şagirdlər üçün ən əlverişli alətlərdir.Daha sonra sosial şəbəkələr və onların təhsildə rolu haqqında geniş müzakirələr etdik. Burada da mövcud olan Facebook, Twitter, Youtube, Blogger və sairə kimi sosial şəbəkələr onlardan istifadə qaydası haqqında məlumatlar verdik. Şagirdlər sosial şəbəkələrdən bir-birilərinə gərəkli faylları, videoları, sənədləri, dərsləri və s. kimi məlimatları göndərə bilərlər.Youtube-dan araşdırdıqları mövzuya dair istənilən videonu yükləyərək ondan yaralana bilərlər. Daha sonra bütün dünyada istifadəsi geniş yayılmış Facebook-dan, onun geniş imkanlarından istifadə edə bilərlər məs: təhsil haqqında -təhsildə baş verən yeniliklər müxtəlif müsabiqələr, çıxan qərarlar haqqında məlumatlar əldə etmək imkanına malikdirlər.Skype vasitəsilə də canlı bağlantı quraraq müxtəlif müzakirələrə qoşula bilərlər və s.
Daha sonra şagird işlərinə dair nümunələrə baxdıq, təlimçimiz tərəfindən müəyyən istiqamətlər və məsləhətlər  əldə etdik. Başladığım şagird bloqunda da həmin istiqamətlərdən istifadə etmək mənim üçün faydalı oldu.Sonra layihə planı üzərində qeydlərimizi apardıq, növbəti addımda isə günün təəssüratını yazaraq IX günü sona çatdırdıq.

вторник, 7 апреля 2015 г.

VIII gün

Təlimin VIII gününə Modul 6-da "Tədqiqat üçün internetdən istifadə və layihə üçün İnternet resusların müəyyən edilməsi" haqqında biliklərlə tanış olduq. Bildiklərimi möhkəmləndirmək mənim üçün əlverişli oldu. Burada da istənilən bir resursun internetdən götürülməsi qaydası,onların URL ünvanlarının, istinadların qeyd edilməsi haqqında məlumatlandıq.Daha sonra öyrəndiklərimizi tətbiq edərək, layihə planında da yerləşdirdik.Daha sonra təlimçımız ünsiyyət qurmaq məqsədilə İnternetdən istifadə yolları haqqında müzakirələr apardı. Edilən müzakirələrdə də texnologiyalar əsrində yaşayan şagirlərimizin İnternet vasitəsilə həm yazılı həm də şifahi ünsiyyət qura bilmə imkanlarının geniş olmasından bəhs etdik. İstər kompyuter, istərsə də müasir telefonlar vasitəsilə ünsiyyət qurmaq bacarıqlarına malikdirlər. Şagirdlər bacarıqlarını dərs zamanı, müxtəlif layihələrin hazırlanması prosesində də əməkdaşlıq və ünsiyyət qurmaq üçün İnternetdən istifadə edərək daha rahat və əlverişli şəkildə həyata keçirə bilər.Növbəti addımda təlimçımız bizə layihə üçün kommunikasiya alətlərinin seçilməsi haqqında geniş məlumat verərək Web 2.0 alətləri ilə tanış etdi. Təqdim edilən bu alətlərlə tanış olduğumdan bunlardan istifadə etmək və verilən tapşırıqları tətbiq etmək çətin olmadı.Prezi, Photodex və LearningApps kimi Web 2.0 alətlərindən istifadə həm müəllimlər həm də şagirdlər üçün maraqlı və faydalıdır.Bu baxımdan şagirdlər interaktiv tapşırıqları, layihələri, təqdimatları burada asanlıqla yerinə yetirə biləcəklər.Bu alətlərdə hazırladığım nümunələri bloqumda yerləşdirərək təlimçimizin bizə böyük həvəslə öyrətdiklərinin bizə böyük faydası olduğunu sübut etməkdir.Təlimimizin sonunda isə təlim haqqında təəssüratlarımızı yazaraq VIII günü də uğurla yekunlaşdırdıq.





Food