skip to main |
skip to sidebar
IX gün
Təlimimizin IX günündə Veb 2.0 alətlərinin təhlili və ifadəsi haqqında müzakirələr apardıq. Prezi, Photodex və blogger alətlərindən istifadə edərək bildiklərimizi tətbiq etdik. Şagirdlərin onlayn resurslardan istifdə edə bilməsi onların maraq dairəsini daha da zənginləşdirməsinə kömək olur.Bu baxımdan Veb 2.0 alətləri də müasir təhsidə şagirdlər üçün ən əlverişli alətlərdir.Daha sonra sosial şəbəkələr və onların təhsildə rolu haqqında geniş müzakirələr etdik. Burada da mövcud olan Facebook, Twitter, Youtube, Blogger və sairə kimi sosial şəbəkələr onlardan istifadə qaydası haqqında məlumatlar verdik. Şagirdlər sosial şəbəkələrdən bir-birilərinə gərəkli faylları, videoları, sənədləri, dərsləri və s. kimi məlimatları göndərə bilərlər.Youtube-dan araşdırdıqları mövzuya dair istənilən videonu yükləyərək ondan yaralana bilərlər. Daha sonra bütün dünyada istifadəsi geniş yayılmış Facebook-dan, onun geniş imkanlarından istifadə edə bilərlər məs: təhsil haqqında -təhsildə baş verən yeniliklər müxtəlif müsabiqələr, çıxan qərarlar haqqında məlumatlar əldə etmək imkanına malikdirlər.Skype vasitəsilə də canlı bağlantı quraraq müxtəlif müzakirələrə qoşula bilərlər və s.
Daha sonra şagird işlərinə dair nümunələrə baxdıq, təlimçimiz tərəfindən müəyyən istiqamətlər və məsləhətlər əldə etdik. Başladığım şagird bloqunda da həmin istiqamətlərdən istifadə etmək mənim üçün faydalı oldu.Sonra layihə planı üzərində qeydlərimizi apardıq, növbəti addımda isə günün təəssüratını yazaraq IX günü sona çatdırdıq.
0 коммент.:
Отправить комментарий