Pages

воскресенье, 5 апреля 2015 г.

VII gün

Təlimimizin VII günündə Gmail-də Google.Doc.( disk)-dan  istifadəni öyrəndik. Burada vacib sənədlərin, faylların yaddaşda təhlükəsiz ,uzunmüddətli saxlanılması, eyni zamanda bir neçə nəfərə birbaşa göndərilməsi, eyni zamanda onlarla qrup halında işləyə bilməsi kimi vacib və faydalı məlumatları həm yerinə yetirdik, həm də öyrəndik. Fikrimcə,bu sinif daxilində müəllimin şagirdlərlə istər qrup formasında, istərsə də kollektiv iş formasından istifadə üçün birbaşa müəyyən testlərin və ya tapşırıqların yerinə yetirilməsində çox səmərəlidir. Bunu həm də vaxta qənaət kimi də qiymətləndirirəm.Daha sonra təlimçimiz tərəfindən pedşuranın keçirilməsi prosesinə başladıq.Bu isə şəxsiyyətyönümlü təlimdə tədris standartlarına istiqamətləndirmə haqqındadır.Sonra XXI əsrin bilik və bacarıqlarının hədəf olaraq seçilməsini müzakirə etdik. Yaşadığımız texnologilalar əsrində təbii ki, şagirdlərin də dünyagörüşlərinn zənginləşməsi, maraqlarına  səbəb olacaq müxtəlif texnologiyalardan istifadəni nəzərə almaq lazımdır. Bu baxımdan onların bilik və yaradıcılıqlarının inkişafı üçün bu hədəflərdən istifadə etmək lazımdır.Bu hədəflərdə;şagirdin yaradıcılıq və innovativlik, tənqidi təfəkkür, əməkdaşlıq bacarıqları, informasiya ilə işləmək bacarıqları, medya vərdişləri, İKT savalılığı, liderlik, məsuliyyətlilik və ictimai bacarıqlar daxildir.Fikrimcə bütün bu bacarıqların  şagirdlərdə mövcud olması, eyni zamanda müasir texnologiyalara bağlı təhsilimizlə də düzgün uyğunlaşması mümkündür.
Növbəti addımda təlimçımiz bizə texnologiyalardan istifadəyə aid hüquqi və əxlaqi qaydaların öyrənilməsi -müəlliflik hüququ haqqında geniş məlumatlar verdi. Burada da öyrəndyiyim və yadda saxlamalı olduğum nüanslar ondan ibarətdir ki, istənilən bir resursu və ya məhsulu hüquqi qaydalarla istifadə etmək ,götürüldüyü istinadları qeyd etmək lazımdır. Təlimin sonunda bugünki təəssüratlarımızı bloqumuza yazaraq bitirdik. 

0 коммент.:

Отправить комментарий