Təlimin XII gününə bloq yazılarının müzakirəsi ilə başladıq. Təlimçilərinin müəyyən məsləhət və təlimatlarından sonra şagirdin uğurlarının izlənməsi üçün dəstək materialların yəni check list-lərinin hazırlanması işini icra etdik. Bu check list vərəqləri vasitəsilə özünüqiymətləndirmə üsulu şagirdlərin özünü inamlı,ədalətli, məsuliyyətli olmağı və özünüqiymətləndirmə bacarığının formalaşmasına səbəb olur.
Növbəti addımda mövzunun öyrənilməsi planının müvafiq bölmələrinin yazılmasını yerinə yetirdik. Planda müəyyən bölmələr vardır ki, təlimçılərin təlimatları və izahları ilə qeydlərimizi etdik. Layihə planında müəyyən dəyişikliklər apardıq. Təlimimizin XII gününü təəssüratlarımızı bloqa yazaraq sona çatdırdıq.
0 коммент.:
Отправить комментарий