skip to main |
skip to sidebar
I gün

İlk gün tanışlıqdan sonra İntel "Gələcək üçün təhsil" təlim proqramı haqqında geniş məlumat əldə etdik, daha sonra təhsil proqramlarının saitləri və Wiki səhifəsi ilə tanış olduq. Portfolio quruluşu haqqında məlumat əldə etdik, portfolio qovluqları yaratdıq. Google serverləri ilə tanışlıqda mənim şəxsi gmail ünvanım olduğuna görə yenisini açmağa ehtiyac olmadı. Gmail ünvanın mahiyyəti - internetdən geniş istifadə edə bilmək, müxtəlif beynəlxalq saitlərə daxil ola bilmək, orada istənilən məlumatları əldə edə bilmək, məktublaşmaq, istənilən faylı göndərmək eyni zamnda qəbul etmək, müxtəlif şəkilləri, videoları göndərmək imkanlarına malikdir. Bu isə gmail ünvanının istifadəçiləri üçün səmərəli və faydalıdır. Növbəti mərhələdə Google serverlərindən biri olan bloq yaradılması ilə tanış olduq. Öz şəxsi bloqum olduğuna görə yeni bloq yaratmaq mənim üçün çətin olmadı. Bloqun mahiyyəti isə çox faydalıdır, bu baxımdan hər kər öz şəxsi bloqunu yaratmaqla orada müxtəlif faydalı məlumatları, videoları, şəkilləri, faydalı linkləri, eyni zamanda istifadəçi öz işlərini orada yerləşdirə bilmək üçün geniş imkanlara malik olur.
0 коммент.:
Отправить комментарий